Banka qarşı 480 min manatlıq dələduzluq edən sabiq əməkdaşa hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, bağlanmış "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib.

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb.

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top