Masa arxasında çalışanlar mütləq bunlara əməl etsin


Ofis işçiləri demək olar ki, günün üçdə bir hissəsini masa arxasında çalışaraq keçirirlər. Bu səbəbdən də belə insanlar tez-tez boyun, bel, göz, baş ağrıları kimi ağrılardan şikayət edirlər.
Masa arxasında hərəkətsiz olaraq çalışan insanlar diqqətli olmalıdır. Belə insanlarda ağrılar boyun yırtığına kimi gətirib çıxara bilir. Yeniavaz.com xarici KİV-ə istinadən sizlərə masa arxasında etməli olduğunuz hərəkətləri təqdim edir:
Göz ağrıları
Kompüterlə çalışan insanlar göz ağrılarından xilas olmaq üçün ilk növbədə 20 dəqiqədən bir 20 saniyə fasilə verməlidir. Daha çox 6 metr uzaqlığa baxmağınız məsləhət görülür.
Bel ağrıları
Bel ağrıları zamanı lazımi tədbirlər görülməsə, bu ciddi problemlərə gətirib çıxara bilər. Bu kimi halların qarşısını almaq üçün əyləşdiyiniz stul masaya nə çox yaxın, nə də çox uzaq olmalıdır. Əgər stul masaya çox uzaq olarsa, bu, belinizin əyilməsinə, yaxın olarsa, stressə gətirib çıxarır.
Boyun ağrıları
Boyun ağrısı problemi yaşayan şəxs sadə idman hərəkətləri etməklə bundan canını qurtara bilər. Boyun ağrıları zamanı ağrıkəsici, yuxu nizamlayan dərmanlar istifadə edilir. Hər müalicə həkim məsləhətinə uyğun şəkildə aparılmalıdır. Oturaq şəkildə boynunuza etdiyiniz masaj hərəkətləri çox faydalıdır.      
                               
1. Duruşun düz olması, boyunu kəskin zədələrdən qorumaq, boyun bölgəsini gücləndirmək vacibdir.                                                                                                
2. Nizamlı olaraq qidalanmaq və müntəzəm idman hərəkətlərilə məşğul olmaq lazımdır.                                                                                                                   
3. Masa arxasında oturarkən işə ara verərək qalxıb gəzmək lazımdır.                                     
4. Baş və boyun düzgün vəziyyətdə olmalıdır.                                                           
Çox masa arxasında əyləşmək eyni zamanda çəki artımına da gətirib çıxarır. Həddindən artıq kökəlməyin qarşısını almaq üçün masada yüngül və az kalorili qəlyənaltılar saxlaya bilərsiz. Yadda saxlamaq lazımdır ki, masada yüksək kalorili qidaların olmağı hərəkətsizliklə yanaşı kökəlməyə, bu da özlüyündə  müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top