Məmmədyarov rus jurnalistin sualına sualla CAVAB VERDİ: Onların oğulları...


Siz İrəvanda soruşmadınızmı ki, Ermənistanın ali siyasi rəhbərliyinin bəzi nümayəndələrinin oğulları hərbi xidməti harada keçirir?
Yeniavaz.com-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Kommersant" qəzetinə müsahibəsində "Ermənistan XİN rəhbərinin separatçı qurumun danışıqlar formatına daxil edilməsinin zəruruliyini izah edərkən bunu separatçı qurumun İrəvana tabe olmaması ilə ilə əsaslandırması" ilə bağlı suala cavab verərkən deyib.

E. Məmmədyarov bildirib: "Bu ölkənin indiki Prezidenti və Baş naziri tez-tez hara gedirlər? Qeyd etdiyiniz marionet qurumun büdcəsinin əsas hissəsi hansı vergi ödəyicilərinin hesabına formalaşır? Hər şey olduqca sadədir. Münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan çıxış edir. Bu format Avropada Təhlükəsizlik və əməkdaşlıq üzrə yığıncağın nazirlər şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə təsdiq edilib. Qalan hər şey ya uydurmalardır, ya da əsassız bəhanə ilə nizamlama prosesini uzatmaq cəhdləridir".

DİGƏR XƏBƏRLƏR

Top