Yumurta hansı ölkədə neçəyə satılır? - 10 qəpikdən 77 qəpiyə kimi...


Açıqlanan son məlumatlara görə, Azərbaycanda yumurtanın 1 ədədinin orta qiyməti 16 qəpik təşkil edir.
Yeniavaz.com "nembeo" portalında yer alan məlumatlara istinadən bildirir ki, yumurtanın ən baha qiymətə satıldığı ölkə İsveçrə hesab olunur. İsveçrədə yumurtanın 1 ədədi 45 sentə (77 qəpik) satılır. Ümumilikdə 87 ölkənin yer aldığı müqayisəli siyahıda son sırada Pakistan qərarlaşıb. Pakistanda 1 ədəd yumurtanın orta qiyməti 6 sent və ya 10 qəpik təşkil edir.

Ymurtanın ən baha və ən ucuz satıldığı ölkələr, həmçinin region ölkələrində yumurtanın qiyməti belə olub (mövcud məzənnə ilə):

1. İsveçrə - 77 qəpik
2. İslandiya - 71 qəpik
3. Norveç - 61 qəpik
4. İsrail  - 49 qəpik
 
35. İran - 29 qəpik
58. Türkiyə - 23 qəpik
62. Ermənistan -  22 qəpik
73. Gürcüstan - 18 qəpik
77. Azərbaycan - 16 qəpik
83. Rusiya - 16 qəpik
 
84. Qazaxıstan - 13 qəpik
85. Hindistan - 13 qəpik
86. Tunis - 11 qəpik
87. Pakistan - 10 qəpik

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top