Tramp: Dəhşətli şeylərin baş verməsini istəmirəm


Tehran Vaşinqtonla danışıqlar aparmaq istəcəyi halda ABŞ İranla danışıqlara başlayacaq.  Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiyanın Baş naziri Sindzo Abe ilə danışıqlara başlamazdan əvvəl deyib.

O bildirib: "Mən həqiqətən inanıram ki, İran danışıqlar aparmaq istəyir. Və əgər onlar bunu istəyirlərsə, biz də danışıqlar aparmaq istərdik".  D. Tramp S.Abenin Vaşinqton və Tehran arasında mövcud gərginliyin yumşaldılması məqsədi ilə yaxın vaxtlarda İrana səfər etmək ideyasına maraqla yanaşdığını qeyd edib: "Heç kəs, xüsusən də mən dəhşətli şeylərin baş verməsini istəmirəm".

DİGƏR XƏBƏRLƏR

Top