Ötən gün axşam saatlarında Bakıda bir nəfər intihara cəhd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, gənc oğlan özünü Səbail rayonunda yerləşən binalardan birinin eyvanından atmaq istəyib.
Əraziyə Bakı şəhər Təcili Tibbi yardım Stansiyasının həkimləri, polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
İntihara cəhd hadisəsinin səbəbləri araşdırılır.