Xəstəxanaya yerləşdirilən Xalq şairindən​ YENİ XƏBƏR


Səhhətində yaranan problemlərə görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq şairi Musa Yaqub evə buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib. 

O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: “Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Dərmanlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top