
Bu gün günorta saatlarında Goranboy rayonunun Yeni Yol kəndi ərazisinə dolu düşüb. Yeniavaz.com-un məlumatına görə, havanın qəfildən dəyişməsi nəticəsində yaşayış məntəqisinə 10 dəqiqə ərzində dolu yağıb. Dolu ardından güclü yağışa çevrilib.
Yerli sakinlərin sözlərinə görə, yağan dolu əsasən üzərində meyvələr olan ağaclara təsir göstərib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Esmira Hidayətova, Goranboy