Leyla Əliyevadan yeni ŞEİR


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Mən elə sizəm” adlı şeirini “İnstaqram” səhifəsində izləyiciləri ilə paylaşıb.

 

Yeniavaz.com  kult.az-a istinadən sözügedən şeiri təqdim edir:

 

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz,

Mən elə sizəm, siz.

 

Bir az da yaxşı baxsanız,

görərsiniz məni üzünüzdə,

gözünüzdə.

Bir az da yaxşı sevsəniz

Dönərsiniz mənə özünüz də.

Mən elə sizəm, siz.

 

 

Başqa ürəyimlə, başqa qayğımla,

Başqa nəfəsimlə, başqa ağlımla

Mən elə sizəm.

 

Ağacların arasında durmuşdum

Siz yanımdan keçəndə.

Bəlkə ağaca oxşatdınız məni,

bəlkə elə siz özünüz

ağacsınız-

yeriyən ağac?

 

Bəlkə elə biz hamımız

torpaqdan dikələn ağaclarıq,

əl edirik yarpaq-yarpaq.

Bəlkə elə siz də, mən də

Heç bu ağac deyilik-

bir parça göyük,

bir ovuc torpaq.

 

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz-

Mən elə sizəm, siz.

Tərcümə: Kamal Abdulla

DİGƏR XƏBƏRLƏR

Top