Nazir mətbuatda adı neqativ hallanan direktoru vəzifəsindən azad etdi

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev direktoru işdən azad edib.

Nazir Muxtar Babayevin əmri ilə  Ağ Göl Milli Parkının direktoru Loğman Mehdiyevi işdən çıxarılıb. 

Məlumata görə, bir neçə gün əvvəl azad edilən direktorun yerinə hələ təyinat olmayıb.

Onu da qeyd edək ki, adıçəkilən direktorun adı mətbuatda tez-tez neqativ məsələlərdə hallanıb. (yenisabah)

DİGƏR XƏBƏRLƏR

Top