Musa Yaqubun oğlu: Bu xəbəri gözləyirdik


"Bu xəbəri gözləyirdik".
Bunu Yeniavaz.com-a açıqlamasında şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasına "Xalq şairi" adı verilməsinə münasibət bildirərkən deyib.
O, Musa Yaqubun da bu xəbərə sevindiyini dedi: "Biz də on dəqiqədir ki, xəbəri aldıq. Bu xəbəri gözləyirdik. Atam da sevindi. Necə deyim bilmirəm. Sözlə təsəvvür etmək çətindir".
Şəhriyar Yaqubov Musa Yaqubun səhhəti ilə də bağlı məlumat verdi: "Özü uzanıb, xəstədir, narahatdır. Bir gün yaxşı olur, bir gün narahat".
Qeyd edək ki, prezident bu gün "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə, o cümlədən Musa Yaqub, Vahid Əziz və Ramiz Rövşən kimi məşhur şairlərə fəxri adlar verilib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top