"Xalq şairi" adı alan Vahid Əziz: "Dövlət belə olar, dövlət başçısı belə olar"

 
"Dövlət belə olar, dövlət başçısı belə olar. Dövlət başçısı öz ziyalısının qədrini bilirsə o əbədi dövlət başçısıdır və heç vaxt o rəhbərlik etdiyi dövlətə hər hansı bir xarici qüvvə bata bilməz".

Bunu prezidentin sərəncamı ilə "Xalq şairi" adı alan Vahid Əziz öz təəssüratlarını Yeniavaz.com-a bildirərkən deyib.
Xatırladaq ki, prezident bu gün "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə, o cümlədən Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub kimi məşhur şairlərə fəxri adlar verilib.

Vahid Əziz bildirdi ki, onun üçün bundan daha böyük bir sevinc ola bilməz: "Mən möhtərəm prezidentimizə və bu adın mənə, Ramiz Rövşənə, Musa Yaquba və digər qiymətli qələm sahiblərinə verilməsində əməyi keçən hər kəsə minətdarlığımı bildirirəm. Dövlət başçısına minnətdaram. Mənə dəstək olan, bir şair kimi prezindentin gözündə dəyərləndirib ucaldan hər bir kəsə, istər Yazıçılar İttifaqının rəhbərliyində olsun, istər Mədəniyyət Nazirliyində olsun, istər prezident aparatında olsun hər kim ki, bu çox böyük məsələdə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm".

Xalq şairi hər zaman xalqına, dövlətinə xidmət etdiyini dedi: "Mən Azərbaycan xalqına xidmət eləmişəm, dövlətə xidmət eləmişəm və xidmət edəcəyəm. Dövlət belə olar, dövlət başçısı belə olar. Dövlət başçısı öz ziyalısının qədrini bilirsə o əbədi dövlət başçısıdır və heç vaxt o rəhbərlik etdiyi dövlətə hər hansı bir xarici qüvvə bata bilməz. Çünki biz sinəmizlə o dövləti qoruyacağıq və qorumuşuq".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top