Prezidentlərin maaşı orta aylıq əmək haqqından nə qədər yüksəkdir? - Ölkələrin SİYAHISI


Daim diqqət mərkəzindı olan dövlət və hökümət başçılarının nə qədər əmək haqqı aldığı da hər zaman insanlar üçün maraqlı olub. Yeniavaz.com-un "mojazarplata" və ""numbeo" portallaında yer alan məlumatlara istinadən apardığı araşdırma göstərir ki, dövlət və hökümət başçılarının aldıqları əmək haqqı ilə ölkədəki orta aylıq əmək haqqından əksər hallarda yüksək olur. Bəzi ölkələrdə bu fərq çox, bəzilərində isə az olub. Məsələn, Pakistan prezidenti Məmnun Hüseynin aldığı əmək haqqı ölkədəki orta aylıq əmək haqqından 64 dəfə çoxdur. Holandiyanın baş naziri Mark Ruttenin aldığı əmək haqqı isə ölkədəki orta aylıq əmək haqqından 6,4 dəfə çoxdur.
Çox az ölkədə dövlət və hökümət başçılarının maaşı orta aylıq əmək haqqından az olur. Belə ölkələrdə adətən dövlət və hökümət başçıları real maaşdan imtina edərək simvolik maaş alırlar.  Məsələn, Cənubi Koreya prezidenti Mun Çje İn mövcud məzənnə ilə ayda cəmi 28 manat əmək haqqı alır. Bu da ölkədəki orta aylıq əmək haqqından 140 dəfə azdır.
Aşağıdakı cədvəldə bəzi ölkələrdə dövlət və hökümət başçılarının aldıqları əmək haqqı ilə ölkədəki orta aylıq əmək haqqı arasındakı fərq göstərilib (Rəqəmlər mövcud məzənnəyə əsasən Azərbaycan manatına çevrilib):  
 
Ölkələr
Dövlət və hökumət başçılarının
aylıq maaşı
Dövlət və hökumət başçılarının maaşı Orta aylıq
əmək haqqı
(Vergidən sonra)
Fərq
(dəfə)
Pakistan Məmnun Hüseyn 22 100 azn 345 azn + 64
Misir Abdul Fattah Əl-Sisi 10 215 azn 280 azn + 36,5
Türkiyə R.T. Ərdoğan 16 500 azn 700 azn + 23,6
Rusiya Vladimir Putin 18 525 azn 860 azn + 21,5
İtaliya S. Mattarella 39 890 azn 2 680 azn + 15
Almaniya Anqela Merker 56 840 azn 4 231 azn + 13,4
İndoneziya Coko Vidodo 7 160 azn 600 azn + 12
ABŞ Donald Tramp 56 750 azn 5 220 azn + 11
Bolqarıstan Rumen Radev 9 470 azn 970 azn + 9,7
Kanada Castin Tyurdo 37 750 azn 4 075 azn + 9,3
Fransa Emmanuel Makron 30 190 azn 3 600 azn + 8,4
İngiltərə Tereza Mey (sabiq) 28 000 azn 3 830 azn + 7,3
Yaponiya Sindzo Abe 28 760 azn 4 370 azn + 6,6
Hollandiya Mark Rutte 27 580 azn 4 330 azn + 6,4
C. Koreya Mun Çje İn 28 azn 3 900 azn - 140

DİGƏR XƏBƏRLƏR

Top