"X5"lə "Niva"nı vurdu, hadisə yerindən qaçdı - FOTO

Dünən axşam saat 20:00 radələrində Mingəçevir şəhər Heydər Əliyev prospektində "Orxan" bazarı qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, BMW X5 markalı avtomobilin sürücüsü Samir adlı şəxs yüksək sürətlə hərəkət etdirdiyi avtomobildə idarəetməni itirərək qarşıda gedən LADA Niva 2121 markalı 99 DD 636 dövlət nömrə nişanlı avtomobili arxadan vurub. Nəticədə zərbədən BMW X5 markalı avtomobilin ön hissəsinin vurulmuş-əzilmiş hissələri təxminən 50 metr məsafədə yola səpələnmişdir. LADA 2121 Niva markalı 99 DD 636 dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi isə yararsız hala düşmüşdür. Xoşbəxtlikdən fiziki cəhətdən zərər çəkən olmamışdır. Hadisə baş verən zaman BMW X5 markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. 
Qeyd edək ki, baş verən qəza nəticəsində hadisənin ərazisi böyük olduğundan bir müddət prospektdə nəqliyyatın hərəkəti dayandırılıb. Hal-hazırda faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top