“Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı


“Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi ilə bağlı danışıqların uzun fasilədən sonra ilk mərhələsinin baş tutması vacibdir”.

Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib. 

O deyib ki, bütün məsələlər bir və ya iki mərhələ ilə həll oluna bilməz: “Bunun üçün çox ciddi iş aparılmalıdır. Danışıqlar masasında çox həssas məsələlər var. Əlbəttə ki, bu məsələlər arasında ən vacibi Keşikçi Dağı Məbəd-Kompleksi və onun ətrafındakı vəziyyətdir”. 

XİN başçısı qeyd edib ki, Gürcüstan tərəfi məsələ ilə bağlı öz mövqeyini açıqlayıb: “Bizim və tərəfdaşımız olan Azərbaycanın istəyi ondan ibarətdir ki, razılıqlar strateji maraqlara uyğun olmalıdır. Çünki Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli münasibətləri əksər hallarda strateji tərəfdaşlıq müəyyən edir”.   

DİGƏR XƏBƏRLƏR

Top