“Vosmoy bazarı”na atıldığı deyilən uşağın valideyni tapıldı


Bakının Nizami rayonunda yerləşən, “Vosmoy bazarı” adlanan ərazisində kimsəsiz halda aşkarlanan uşağın valideyni tapılıb. 

Daxili işlər orqanlarından verilən məlumata görə, müəyyən olunub ki, qadın uşağı atmayıb, sadəcə, itirib.

Uşağın anasının tapılmasında Nizami rayonu Polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları iştirak edib və onlar uşağı anasına təhvil veriblər. 

Qeyd edək ki, bəzi yerli saytların məlumatına görə, 4-5 yaşlı oğlan uşağı valideyni tərəfindən el arasında “Vosmoy bazarı” kimi tanınan ərazidə tərk edilib.(Oxu.Az)

DİGƏR XƏBƏRLƏR

Top