Dünyada hər gün bu qədər insan ilan sancmalarından ölür


Dünyada ilan sancmasından hər gün  200 nəfər həyatını itirir, 400 min nəfər də şikəst qalır.


Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, il ərzində isə ilan sancmasından 81-138 min arasında insan ölür.

Dünya Səhiyyə Təşkilatı ilan sancmalarından qaynaqlanan insan ölümlərinin sayını azaltmaq məqsədilə yol xəritəsi hazırlayacağını bildirib. Təşkilat bununla bağlı maarifləndirmə işinin önəmini vurğulayaraq 136 milyon dollarlıq sərmayə ilə 2030-cu ilədək ölüm və şikəstlik hallarının yarıya endirilməsini hədəfləyir.  Alimlər isə daha etibarlı, ucuz və təsirli zərdab hazırlamaq üçün yeni yanaşmalara ehtiyac olduğunu bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, hazırda dünyada 3400-dək ilan növü var. Onların təxminən 600-ə qədəri zəhərli hesab olunur. İlan sancmaları ən çox Asiya və Afrika ölkələrində baş verir.

DİGƏR XƏBƏRLƏR

Top