Gürcüstan prezidenti Salome Zurabişvili "Twitter" sosial şəbəkəsindək rəsmi hesabından Azərbaycana təşəkkür edib. Yeniavaz.com xəbər verir ki, Salome Zurabişvili "Twitter"də qeyd edir ki, Bakıya səfərim zamanı Azərbaycan prezidenti ilə razılşadırdığımız sərhəd bölgüsünün bərpasına görə təşəkkür edirəm.
Salome Zurabişvili danışıqlar prosesinin tezliklə sona çatdıralacağına inandığını bildirib.
Məlumat üçün bildirək ki, SSRİ dağıldıqdan sonra Azərbaycan və Gürcüstan arasındakı sərhəd xəttinin 66%-i barədə razılıq əldə olunsa da, digər ərazilərlə bağlı danışıqlar aparılıb. Mübahisəli mələlərdən biri də iki ölkənin sərhədində yerləşən SSRİ zamanı Azərbaycan ərazisi olan "Keşikçidağ monastırı" kompleksidir.
Gürcüstanın prezidentinin açıqlamasından belə görünür ki, bu ilin fevral ayında Azərbaycana səfəri zamanı bu məsələnin müzakirəsi aparlıb. Lakin, Salome Zurabişvili Bakıdan geri döndükdən bir müddət sonra Azərbaycanla sərhəd bölgəsinə gələrək gürcü sərhədçiləri ilə görüşüb. Görüşdən sonra o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Prezidentin deyib ki, bu məsələni təxirə salmaq olmaz.
Bundan sonra qeyri-rəsmi səviyyədə iki ölkə arasında qarşılıqlı ittihamlar səsləndirilib.
Gürcüstanın prezidenti Salome Zurabişvilinin "Twitter" sosial şəbəkəsi vastəsilə verdiyi açıqlama isə onu göstərir ki, iki ölkə rəsmiləri hansısa razılığa gəlib və bu yaxın günlərdə rəsmiləşəcək.