PKK terror təşkilatının lideri Abdulla Öcalanın vəkilləri ilə görüşməsinin "çözüm" prosesi ilə əlaqəsi yoxdur. Yeniavaz.com "Habertürk" saytına istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül deyib.
Onun sözlərinə görə, sözügedən görüşün İstanbul seçkiləri ilə də əlaqəsi yoxdur: "Məhkəmənin qərarı ilə görüşmə ilə bağlı hüquqi maneə aradan qaldırılıb. Bu çərçivədə görüş keçirilib. Mayın 22-də daha bir görüş oldu".
Qeyd edək ki, ilk görüş mayın 2-də baş tutmuşdu.