İndoneziyada Prezidentə qarşı iğtişaşlar: etirazçılardan pul zərfləri tapıldı - VİDEO


İndoneziyada prezident seçkilərinin keçirilməsinin üzərindən bir ay keçməmiş ölkədə iğtişaşlar başlayıb. Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, seçkilərdə Çinlə fəal siyasi-iqtisadi əməkdaşlığın tərəfdarı olan Coko Vidodo qalib gəlib.

Bu onun ardıcıl ikinci prezidentlik müddətidir. İğtişaşlar çərşənbə axşamı başlayıb. Çin investisiyalarının fəal cəlb edilməsinin əleyhinə çıxış edən uduzmuş namizəd Prabovo Subiantonun tərəfdarları iğtişaşlarda iştirak edirlər. P. Subianto hesab edir ki, bu, İndoneziyanı xarici siyasətdə öz səsindən məhrum edir.

İğtişaşların ilk gecəsində 6 nəfər ölüb, 200 nəfər yaralanıb. Hazırda ölənlərin sayı 7 nəfərə, yaralananların sayı isə 700 nəfərə çatıb. Bunlar yalnız paytaxt Cakartada qeydə alınan statistikadır.

Polis 400-dən çox etirazçını həbs edib. Cakartada on minlərlə hərbçi yerləşdirilib.  Polis nümayəndələrinin sözlərinə görə, həbs edilənlərin bəzilərində pul zərfləri (17-34 dollar) tapılıb. Saxlanılanlar arasında "küçə başkəsənlə"i də var. Onlara problem yaratmaq üçün pul ödənilib.
 

DİGƏR XƏBƏRLƏR

Top