"Arsenal" azarkeşləri final matçın Bakıda keçirilməməsi petisiya yaradıblar


"Arsenal" azarkeşləri erməni futbolçu Henrix Mxitaryanın Avropa Liqasının final oyununda iştirak etməməsinə görə, həlledici qarşılaşmanın Bakıda keçirilməməsini tələb ediblər.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Arsenal" azarkeşləri "Çelsi"yə qarşı baş tutacaq final oyununun başqa yerdə keçirilməsi üçün petisiya yaradıblar. Azarkeşlər oyunun Londonun "Uembli" stadionunda keçirilməsini tələb ediblər. 

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top