"Nə qədər lazım olsa o qədər göndərəcəm..." - İRANA QOŞUN YERİDİLMƏSİ HAQDA

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında gərginliyin indiki eskalasiyası ilə əlaqədar Yaxın Şərqdə Amerika qoşunları üçün əlavə qüvvələr göndərməyə zərurət görmür.

Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, D. Tramp bildirib:

"Əgər bu bizə lazım olsaydı, bunu edərdim. Bunun bizə lazım olacağını düşünmürəm. Həqiqətən düşünmürəm. Yaxın Şərqdə ABŞ qoşunlarının sayını artırmağa ehtiyac yaranarsa, bunu etməyə hazır olacağam. Əgər buna ehtiyacımız olsa, orada istənilən lazımi sayda olacağıq".

DİGƏR XƏBƏRLƏR

Top