Bulvarda 32 yaşılı qadın özünü dənizə atıb


Bakıda bu saatlarda intihara cəhd hadisəsi qeydə alınıb.

Hadisə Dənizkənarı Milli Parkda baş verib. 

32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı özünü dənizə atıb. Qadın çiyin nahiyəsinin əzilməsi və boğulma diaqnozu ilə 1 saylı şəhər Kliniki Tibb Mərkəzinə yerləşdirilib.

Hadisə yerində olan FHN əməkdaşları ilə ərazidəki xidmət aparan polislər tərəfindən qadın xilas edilib.  

Faktla bağlı araşdırma aparılır.

ONA

DİGƏR XƏBƏRLƏR

Top