Tramp keçmiş işçisini küt adlandırdı


ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Reks Tillersonu sərt ifadələrlə tənqid edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Amerika lideri keçmiş işçisini özünün "Twitter" səhifəsində küt adlandırıb.

R. Tillerson daha əvvəl bəyan etmişdi ki, D. Tramp 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə görüşü pis hazırlaşmışdı. ABŞ Prezidenti bildirib ki, R. Tillerson kütdür və dövlət katibi kimi səriştəsizdir, buna görə də istefaya göndərilib. D. Tramp qeyd edib ki, keçmiş işçisi V. Putinin çətin razılaşa biləcəyi əhvalat uydurub.

DİGƏR XƏBƏRLƏR

Top