İranda mayın 8-dən başlayan və hələ də davam edən güclü yağışlar nəticəsinə ölənlərin sayı 24-ə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, mayın 18-dən etibarən İranın 18 şəhərində baş verən güclü yağışlar hələ də davam etməkdədir. Bildirilir ki, hadisə nəticəsində 55 nəfər yaralanıb, 24 nəfər isə həyatını itirib. Onlardan 20-nin ildırım vurması nəticəsində öldüyü bildirilib.
Qeyd edək ki, İranda martın 17-dən başlayan və təxminən bir ay davam edən güclü yağışlar nəticəsində 78 nəfər həyatını itirmişdi.