
Hər bir futbol klubunun özünəməxsus şüarları, təzahüratları var. Həmin şüarların, təzahüratların necə ortaya çıxması həmişə maraq mövzusu olub.
Yeniavaz.com Türkiyənin ən böyük klublarından biri olan "Qalatasaray"ın “re re re re ra ra ra Qalatasaray Qalatasaray Cimbombom” şüarının necə ortaya çıxdığını təqdim edir:
"1917-ci ildə "Qalatasaray"ın futbolçusu Sabit Cinol təhsil almaq üçün İsveçrəyə gedir. O, təhsilini davam etdirməklə paralel olaraq peşəkar futbolçu kimi İsveçrənin "Servette" komandasında çıxış edir. Cinolla birlikdə "Sevette" klubunda Cim adlı ingiltərəli hücumçu da çıxış edirmiş. Həmin vaxtlar "Servette" azarkeşləri Cimi ruhlandırmaq üçün “Jim bum bum Jim bum bum” deyə şüarlar söyləyirdilər. Sabit Cinol 1924-cü ildə yenidən Türkiyəyə qayıdaraq karyerasını "Qalatasaray"da davam etdirir. O, komanda yoldaşlarına və dostlarına "Servette"də çıxış etdiyi komanda yoldaşı olan Cimə deyilən şüardan danışır. Cinolun dostları da bu şüarı "Qalatasary"a uyğunlaşdırırlar və “re re re re ra ra ra Qalatasaray Qalatasaray Cimbombom” şüarı meydana gəlir".
Kənan Qədirli