
Hindistanın Baş naziri Narendra Modinin başçılıq etdiyi Hindus Milli Partiyası (HMP) ölkədə keçirilmiş ümumi seçkilərdə qalib gəlib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Suşma Svarac deyib.
Partiyanın qələbəsi ona parlamentdə çoxluğu təmin etməyə imkan verib. HMP aşağı palatada 542 yerdən 292-ni tutub. Onun əsas rəqibi olan "Hind milli konqresi" partiyası ilkin hesablamalara görə, 51 yer qazanıb.
Ölkədə səsvermə aprelin 11-dən mayın 19-dək bütün 29 ştatda və 7 müttəfiq ərazidə keçib. Rəsmi nəticələri mayın 23-də elan edilməlidir. Seçkilərin yekunu üzrə parlamentin aşağı palatası və yeni hökumət formalaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz