Beyləqanda DOĞUŞ FACİƏSİ: 2 saat yaşadı...


Beyləqanda doğuş zamanı körpə ölüb.

Yeniavaz.com xəbər verir ki, Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Aşqallar kənd sakini Şamilə Babayeva mayın 22-də rayon Mərkəzi Xəstəxanasında oğlan uşağı dünyaya gətirib.

Lakin körpə bir neçə saat yaşadıqdan sonra ölüb.

Müəyyən edilib ki, 1989-cu il təvəllüdlü Şamilə Babayeva mayın 20-də doğuş sancıları ilə xəstəxanaya gətirilib və ayın 22-də doğuş həyata keçirilib. 

Faktla bağlı Beyləqan rayon Prokurorluğundan araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top