Dünyanın ən bahalı brendi müəyyənləşdi


"Forbes" jurnalı dünyanın ən bahalı brendlərinin reytinqini tərtib edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın "Apple" şirkəti ardıcıl doqquzuncu dəfə reytinqə başçılıq edir.

ABŞ brendinin dəyəri 205,5 milyard dollar həcmində qiymətləndirilir. Bu, ötən illə müqayisədə 12% çoxdur. Bundan başqa, tarixdə ilk dəfə olaraq brendin qiyməti 200 milyard dollar həddini keçib.

"Aplle"dan başqa ilk beşliyə texnoloji sektorun şirkətləri "Google" (167,7 milyard dollar) , "Microsoft" (125,3 milyard dollar) , "Amazon" (97 milyard dollar) və "Facebook" (88,9 milyard dollar) daxil olub. 

DİGƏR XƏBƏRLƏR

Top