"Huawei"yə daha bir zərbə


"Panasonic" ABŞ-ın qara siyahıya aldığı Çinin "Huawei" texnologiya şirkətinə satdığı telefon detallarının satışını dayandırıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Panasonic" şirkəti "Huawei Technologies"ə satdığı telefon detalların satışını dayandırdığını açıqlayıb.

Şirkət açıqlamada bu qərarı "Huawei" və ABŞ-ın qadağa qoyduğu 68 şirkətlə əlaqələndirərək verdiyini bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donal Tramp "Huawei" daxil olmaqla 70-ə yaxın şirkəti qara siyahıya salıb.

DİGƏR XƏBƏRLƏR

Top