Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq - ŞƏRTLƏR


Kollec məzunları ixtisas uyğunluğu gözlənilməklə qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul ola bilər.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev mətbuat konfransında deyib. O bildirib ki, qanun 2019-2020-ci tədris ili üçün nəzərdə tutulur:

"Kollec məzunlarına minimum keçid balı veriləcək. Minimum keçid balı 200-250 bal arası dəyişir.
Kollec məzunu təhsil müəssisəsindən arayış götürəcək.  Akademik naliyyətləri həmin sənəddə öz əksini tapacaq. Ümumi orta göstəricisinə əsasən qəbul aparılacaq".

Təhsil Nazirliyi şöbə müdiri Emin Əmrullayev qeyd edib ki, hər bir kolleci bitirən şəxs üçün əvvəl bir yol var idi:

"Pedaqoji kolleci bitirən şəxs, sırf pedeqoji sahədə təhsilini davam edə bilər. Kollec məzunu 600 ballıq bir ixtisasa getmək istəyirsə, gedə bilməz. O imtahanda iştirak etmədən sadəcə 200-250 ballıq minimal bala sahib olur. Kollec məzunlarının digər abituriyentlərdən üstün tərəfi minimal bala sahib olmalarıdır. Ali məktəblərə qəbul planında 6,4% artım nəzərdə tutulub".

Şöbə müdiri həmçinin əlavə edib ki, 11 beynəlxalq olimpiadada dərəcə almış şagirdlər Azərbaycanda istədiyi ali təhsil müəssisəsində istədiyi ixtisasda təhsil ala bilər:

"Bu, bütün yarışlar deyil. Burada söhbət konkret 11 olimpiadadan gedir".

DİGƏR XƏBƏRLƏR

Top