Gənc tədqiqatçının "Tədqiqat metodları" kitabının təqdimatı və imza günü keçirildi - VİDEO



"LİBRAFF Park Akademiya" kitab mağazasında gənc tədqiqatçı İnqilab Şahbazovun "Tədqiqat metodları" kitabının təqdimat mərasimi və imza günü keçirilib. 

Yeniavaz.com xəbər verir ki, tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və digər şəxslər iştirak ediblər. 

Tədbirin sonunda müəllif tədbir iştirakçıları üçün kitabını imzalayıb.

Qeyd edək ki, İ. Şahbazov həmtəsisçisi olduğu Azərbaycan Elm Assosiasiyasının həmsədridir. O həmçinin 2018-2019-cu illərdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə aparılan, dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirlərinin araşdırıldığı tədqiqatın rəhbəri, "Sosioloji nəzəriyyələr" kitabının müəllifidir. Sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu "Market Research Society Advanced Certificate in Market and Social Research Practice" sertifikatını alıb.


DİGƏR XƏBƏRLƏR

Top