Şəkər xəstələri düzgün necə qidalanmalıdır?


Xalq arasında "şəkər xəstəliyi"  olaraq tanınan diabet, yediyi qidalara mütəmadi olaraq diqqət göstərilməklə müalicə edilir. Dövrümüzdə bu xəstəlikdən kifayət qədər əziyyət çəkən insanlar tapmaq mümkündür.  Çoxsaylı qadağalarla yaşayan belə insanlar qan şəkərini normal səviyyədə saxlamaqla göz, sinir, infarkt və böyrək xəstəlikləri ilə yanaşı bir çox xəstəliklərin yaranma riskini azaldırlar.  Əgər pasient qanda şəkərin miqdarını idarə edə bilsə, bu xəstəlik yox bir həyat tərzinə çevrilməyə başlayır. Qandakı şəkərin artması isə istehlak etdiyiniz qidalardan asılıdır. Yeniavaz.com diabet xəstələrinin yeməli və yeməməli olduqları qidaları sizlərə təqdim edir:

Diabet xəstələri hansı qidaları yeməlidir?

1. Karbohidratlar (taxıl, un və un məmulatları, quru paxlalılar, kartof, meyvə və tərəvəzlər, süd, qatıq);
2. Protein mənbəyi qidalar (ət, yumurta, pendir, süd, qatıq);
3. Çərəzlər ( xüsusilə qoz və badam);
4. Vitamin və mineral (meyvə və tərəvəz başda olmaqla, tərkibində vitamin olan  yeməklər);
5. Su.

Diabet xəstələri üçün ən yaxşı qida yer alması və armuddur. Armud nə qədər şirin meyvə sayılsa da, həkimlər bu qidanın şəkər xəstələri üçün xeyirli olduğunu, qandakı şəkərin miqdarını normada saxladığını deyirlər. Pasientlər 1 ədəd armud yedikdən sonra, 1 stəkan süd içməli və bir pors qatıq yeməlidirlər. Belə xəstələrə şəkər əvəzinə bal istifadə etmək məsləhət görülür. Pasientlər çuğundur, şabalıd, banan kimi qidalardan uzaq durmalıdırlar.

Bu kimi xəstələr çox zaman susuzluqdan şikayət edirlər. Susuzluğu aradan qaldırmaq üçün qara tut, armud, sulu heyva, xiyar və kahı kimi qidalar istehlak edilməlidir.
Dietoloqlar diabet xəstələrinə eyni zmanda daha çox qatıq yeməyi məsləhət görürlər. Qatıq protein və karbohidrat ehtiva edir.

Diabet xəstələri hansı qidalardan uzaq olmalıdır?

1. Tərkibində şəkərin çox olduğu bütün qidalar;
2. Meyvəli şərbətlər, isti şokalad, hazır meyvə suları, aromalı və şəkərli içkilər;
3. Spirtli içkilər: şərab, viski, likör və s. ;
4. Tərkibində yağ və şəkərin çox olduğu qidalar: qurabiyə, biskivitlər, çörək, halva və digər şəkərli şirniyyatlar;
5. Yağda qızardılmış və qovrulmuş yeməklər;
6. Yağlı ət və balıqlar, yağlı süd və süd məhsulları;
7. Mayonez, ketçup, qaymaq və s.

Araşdırmalar sübut etmişdir ki, 300 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Onların içərisində azyaşlıların da sayı az deyil.
 
 İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top