İmamoğlundan seçki vədləri: Pulsuz çörək və süd veriləcək


"İstanbulda ehtiyacı olan ailələrə ildə 6000-13 min lirə arasında maddi yardım edəcəyik". Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, bunu iyunun 23-də keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkilərində iştirak edəcək Əkrəm İmamoğlu vədlərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, heç gəliri olmayan, ya da aclıq həddində yaşamağa məhkum edilmiş hər ailə xalq-çörək və xalq-süd satış nöqtələrindən pulsuz çörək, süt və içməli su paylanılacaq.

Ə. İmamoğlu İstanbul bələdiyyəsinin yol verdiyi israfçılıqlara toxunaraq qeyd edib ki,  İstanbul Böyükşəhərin rəsmi internet saytı üçün 3 il ərzində 80 milyon lirə xərclənib: "Bu rəqəmə Türkiyədəki bütün bələdiyyələrin saytlarını hazırlamaq olar. Bundan başqa, İstanbul bələdiyyəsi bir idarə vasitəsilə həyata keçməmiş fikirlərə, layihələrə 226 milyon lirə verib".

DİGƏR XƏBƏRLƏR

Top