Putin türklərlə gördüyü işlər barəsində Makron və Merkelə məlumat verdi



Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel ilə telefon danışığı aparıb.  


Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat mərkəzindən məlumat verilib.

Danışıqda tərəflər Suriya, Ukrayna və İran haqqında müzakirə aparıblar. V.Putinin sözlərinə görə, Ukraynadaxili böhran Minsk razılaşması çərçivəsində həll edilməlidir, Donetski və Luqansk bölgələrinin xüsusi statusuna dair qanunlar qüvvəyə minməli, Kiyev ilə Donetsk və Luqansk arasında birbaşa dialoqlar qurulmalıdır.

Suriya məsələsinin də  müzakirə edildiyi danışıqda  V.Putin Suriyadakı gərgin vəziyyəti sabitliyə qovuşdurmaq və vətəndaşları qorumaq  üçün Türkiyə ilə ortaq şəkildə aparılan tədbirlər haqqında da məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top