"Zara"dan soyunub-geyinmə otağının kameraya çəkilməsi xəbərinə AÇIQLAMA - YENİLƏNİB​


Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılması ilə bağlı şirkətdən açıqlama verilib.


Yeniavaz.com xəbər verir ki, “Zara” mağazalar şəbəkəsinin rəsmisi Mətin Nurullayevin BAKU.WS-ə verdiyi məlumata görə, kameralar təhlükəsizliyin təmin edilməsilə əlaqədar quraşdırlıb. 

Şirkətin mövqeyini olduğu kimi təqdim edirik:

“Yayımladığınız xəbərlə əlaqədar olaraq bildirmək istəyirik ki, şirkətin ZARA mağazalarında yerləşən, geyinib-soyunma otaqlarının yaxınlığında yerləşən nəzarət kameraları sırf mağazaların təhlükəsizliyinin təmin edilməsi üçün quraşdırılıb. Bu kameralar yalnız mağaza daxilində yerin, koridorların və giriş-çıxış zonalarının görüntülərini əhatə edir və mağazalardakı geyinib-soyunma otaqlarının (kabinələrinin) içini çəkmir”. 


***12:30
Bakıda “Zara” mağazasının soyunub-geyinmə kabinələri hissəsinə müşahidə kamerası quraşdırılıb.

Yeniavaz.com xəbər verir ki, Bakı sakini Xədicə Kərimova Baku.ws-ə şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən “Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb: “Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.

Məsələ ilə bağlı “Zara” mağazasından bildirilib ki, şikayət haqda rəhbərliyə məlumat veriləcək. 

DİGƏR XƏBƏRLƏR

Top