Rusiyanın Azərbaycandakı səfirliyindən Fuad Abbasovun saxlanılmasına MÜNASİBƏT


Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. F. Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Yeniavaz.com xəbər verir ki, Sonxeber.az-a Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Mariya Osipova tanınmış jurnalist Fuad Abbasovun Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

M. Osipova bildirib ki, tanınmış jurnalistin həbsi heç də xoş deyil:

"Fuad Abbasovun Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması heç də xoş deyil. Lakin o, Azərbaycan vətəndaşıdır. Biz ona heç cür kömək edə bilmirik. Ancaq çox istərdik bu məslədə jurnalistə yardımcı olaq".

DİGƏR XƏBƏRLƏR

Top