
Rusiyanın tanınmış idman jurnalisti və teleşərhçisi Vasili Utkin Bakıda keçiriləcək Avropa Liqasının final matçına getməyəcək. Yeniavaz.com-un məlumata görə, bu barədə V. Utkin özünün "Twitter" səhifəsində yazıb.
O bildirib: "Mən Henrix Mxitaryanla bağlı vəziyyətdən dərin məyus oldum. Təyyarə və matç biletini geri qaytardım, matça aldığım bileti xatirə üçün saxlayacağam".
Qeyd edək ki, erməni futbolçu H. Mxitaryan mayın 29-da keçiriləcək "Arsenal"-Çelsi" qarşılaşmasında iştirak etməyəcək.