Azərbaycanda minik avtomobili istehsalı 75% azalıb

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 141 ədəd minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% azalma deməkdir. Bu il oktyabrın 1-nə 165 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı 386 ədəd, traktor istehsalı 709 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 54,4%, traktor istehsalı üzrə isə 5 dəfə artım qeydə alınıb. Maşın və avadanlığın, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 190,9 mln. manatlıq məhsul istehsal edilib. Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top