Türkiyə Rusiyaya hərbi heyət göndərdi: təlimlər başladı


Ankara S-400 zenit-raket sistemlərinin istifadəsini öyrənmək üçün Rusiyaya hərbi heyət göndərib. Yeniavaz.com "Milliyet" qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib: "Biz S-400-ün istismar təlimini keçmək üçün Rusiyaya mütəxəssislərimizi göndərmişik, təlim bu gündən başlayır və bir neçə ay davam edəcək". H. Akar qeyd edib ki, personalın sayı daim dəyişir və hər birinin öz spesifikası var: "Təlim artıq başlayıb və yaxın aylarda davam edəcək".

Onun sözlərinə görə, Ankara Rusiyadan S-400 sistemlərinin alınması ilə bağlı Vaşinqtonla dialoqu davam etdirəcək, lakin eyni zamanda ABŞ tərəfindən sanksiyaların tətbiqinə hazırlaşır: "Martın 28-29-da "Partrio" zenit-raket kompleksləri üzrə yeni təklif gəlib. Onların qiyməti, texnologiyaların verilməsi və birgə istehsalı ilə bağlı danışıqlar aparılır".

DİGƏR XƏBƏRLƏR

Top