Azərbaycan Tokio-2020-yə ilk lisenziyanı qazandı


Azərbaycan 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. 

Yeniavaz.com xəbər verir ki, bu vəsiqəyə atletikanın çəkicatma növündə Anna Skidan sahib olub. 

O, Çinin Nanjinq şəhərində keçirilən IAAF World Challange Nanjing 2019 turnirində 72.92 m nəticə göstərərək 5-ci yerin sahibi olub. Bununla da Skidan 72,50 m-lik lisenziya normasını yerinə yetirib. 

Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək. A. Skidan isə Rio-2016-dan sonra ikinci dəfə Oyunlarda mübarizə aparacaq. 

DİGƏR XƏBƏRLƏR

Top