Ağdamda çayın səviyyəsi kəskin artıb, çobanlar 500 heyvanla köməksiz qalıb


Bu gün Qarqarçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb. 

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 çoban və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top