“Diqlas”ın yaxınlığında baş verən yanğınla bağlı - Rəsmi açıqlama


Bir müddət əvvəl tamamilə yanan "Diqlas" ticarət mərkəzinin yaxınlığında bu gün güclü yanğın baş verməsi ilə bağlı xəbərlər yayılıb.

Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, yanğın keçmiş ticarət mərkəzinin yaxınlığındakı boş ərazidə qeydə alınıb:

““Diqlas”ın yaxınlığındakı mühafizə olunan boş ərazidə toplanmış söküntü inşaat materiallarının yanması faktı aşkarlanıb və qısa müddət ərzində yanğın yerindəcə söndürülüb.

Ərazi müvafiq xidmət sahələri tərəfindən nəzarətdə saxlanılır”.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top