Səudiyyəli iş adamı: "Türkiyəyə getməyin"


Səudiyyə Ərəbistanının paytaxtı Riyadda fəaliyyət göstərən Ticarət Dərnəyinin rəhbəri və bu ölkənin tanınmş iş adamlarından biri  Ajlan Al-Ajlan ölkə vətəndaşlarına müraciət edərək onlardan Türkiyəyə getməmələrini istəyib. Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, Ajlan Al-Ajlan bu barədə ölkənin ən böyük media orqanlarından olan "Saudi Gazette"yə verdiyi müsahibədə deyib.
Səudiyyəli iş adamı bildirib ki, Türkiyəyə sərmayə yatırmaq təhlükəlidir. Ajlan Al-Ajlan qeyd edib ki, son zamanlar Türkiyəyə gedən turistlərə qarşı dələduzluq halları artıb.
Misir və Dubaya getməyin Türkiyədən daha yaxşı olacağını deyən Ajlan Al-Ajlan bildirib ki, Türkiyənin rəsmi orqanları bu ölkəyə gedəcək iş adamlarını qorumayacaqlar.
Məlumat üçün qeyd edək ki, son zamanlar Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında gərginlik müşahidə olunmaqdadır. Bir qədər əvvəl Riyad şəhərinin valisi şahzadə Faysal bin Bandar ona təqdim olunan qəhvənin Türkiyə istehsalı olduğunu bildikdə onu içməkdən imtina etmişdi və bu barədə video görüntülər sosial şəbəkələrdə geniş yayılmışdı.
 
 

DİGƏR XƏBƏRLƏR

Top