
"Arsenal" yarımmüdafiəçi Henrix Mxitaryanın Avropa Liqasının finalında "Çelsi" ilə oyunda iştirakı ilə bağlı rəsmi bəyanatla çıxış edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bəyanatda erməni futbolçunun komanda ilə birlikdə final oyununa getməyəcəyinə görə çox məyusluq ifadə edilir.
Bəyanatda deyilir: "Biz Mikinin komandanın bir hissəsi olması üçün bütün variantları diqqətlə öyrəndik, lakin bunu Miki və onun ailəsi ilə müzakirə etdikdən sonra kollektiv şəkildə qərara gəldik ki, o, komanda ilə birlikdə getməyəcək.
Biz UEFA-ya yazaraq mövcud vəziyyətlə bağlı dərin narahatçılığımızı ifadə etdik. Miki bizim finala gedən yolda əsas oyunçumuz olub, buna görə də bu, komanda nöqteyi-nəzərindən böyük itkidir. Biz belə oyunçunun bu cür şərtlərdə Avrokubokların vacib final matçını buraxacağına görə məyusuq. Belə hadisə futbolçunun karyerasında çox nadir hallarda baş verir. Miki Bakıya uçuşdan öncə həftə sonu məşqlərdə iştirak edəcək".