
Azərbaycanlı model Günay Musayeva mübahisə əsnasında onu və oğlunu döydüyünə görə sevgilisi Taha Tatlıcıyı bıçaqlayıb. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, T. Tatlıcı azərbaycanlı modeli polisə verib.
İstintaq çərçivəsində dindirilən G. Musayeva deyib: "Taha çox əsəbiydi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı götürərək qarşısına keçdim. Üstümə hücum edəndə bıçaq ona batdı. Mən özümü qoruyurdum".
Azərbaycanlı modeli 2,5 ilədək həbs cəzası gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz