
Türkiyə ilə Gürcüstan sərhədində yerləşən və əsasən ermənilərin yaşadığı Karzax kəndində yerli sakinlədən birinə hücum edilib.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən bildirir ki, naməlum şəxslər kənd sakini Sərkis Qasparyana hücum edərək onu başından yaralayıblar.
Sərkis Qasparyan iddia edir ki, ona hücum edənlər türk dilində danışıblar. "Facebook" sosial şəbəkəsindən canlı yayım edən erməni çoban bildirib ki, hücum edənlər itini öldürdükdən sonra tüfəngin arxası ilə onun başından vurublar. Heyvanlarını Türkiyəyə aparmaq istəsələrdə Sərkis Qasparyan onları geri qaytarmğa nail olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz