Bir də dondurulmuş limonun dadına baxın: xəstəlik sizdən qaçacaq


Vitamin mənbəyi olaraq ən güclü antibiotiklərdən biri də limondur. Tərkibində olan C vitamini ilə yüksək təzyiq, daxili qanaxma, diş problemləri, qəbizlik, boğaz infeksiyaları kimi xəstəliklərin müalicəsində istifadə olunur. Yeniavaz.com-un məlumatına görə, limon tək halda faydalı olduğu qədər dondurulmuş halda da bir o qədər faydalıdır.

İlk növbədə limonu yuyub soyuducuya qoymaq lazımdır. Dondurulandan sonra limonun qabığı daha yumşaq  və istifadə üçün yararlı olur. Araşdırma nəticəsində məlum olub ki, dondurulmuş limon qabığının mütəmadi istifadəsi insult riskini azaldır, xərçəngin yaranmasının qarşısını alır, mədə-bağırsaqda olan mikrobların əleyhinə təsir göstərir.  Evdar xanımlar limon qabığını soyuducudan çıxartdıqdan sonra rəndələyərək yeməklərdə də istifadə edə bilərlər. Bu üsul həm sizin sağlamlığınıza yaxşı təsir göstərəcək, həm də yeməklərə xüsusi dad verəcək.

Dondurulmuş limon, eyni zamanda  stress, depresiyya və həyəcan hissi ilə mübarizədə də yaxşı vasitədir. Araşdırmalar sübut etmişdir ki, limon həm tək halda, həm də dondurulmuş halda istehlak edilərkən kimya terapiya və şüa terapiya effektini verərək xərçənglə mübarizə aparır.

Dünyanın ən böyük dərman firmalarından birinin bəyanatına görə, 1970-ci ildən bu günə qədər aparılan 20 laboratoriya testləri nəticəsində məlum olub ki, limon ağciyər, yoğun bağırsaq, döş  və xərçəngin digər növlərinin yayılmasının qarşısını alır. Bir digər məqam isə limon bəd xassəli xərçəng hüceyrələrini məhv edərkən sağlam hüceyrələrə heç bir zərər vermir.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top