Yeni Zelandiyadakı məscidlərdə atəş açan şəxslə bağlı YENİ XƏBƏR


Yeni Zelandiya polisi ölkədəki iki məsciddə törədilmiş terror aktlarında ittiham edilən Brenton Tarranta qarşı terrorçuluq maddəsi üzrə ittiham irəli sürüb.


Yeniavaz.com RİA Novosti-yə istinadla xəbər verir ki, bunu polis komissarı Mayk Buş deyib.

O bildirib: "İttihama əsasən, terror aktı 2019-cu il martın 15-də Kraystçerçdə törədilib. Silahlıya qarşı qətldə 51 ittiham, adam öldürməyə cəhddə 40 ittiham və terrorçuluğun qarşısının alınması haqqında qanuna uyğun 1 ittiham irəli sürülüb".  Polis qeyd edir ki, insidentin araşdırılması davam edir.

Xatırladaq ki, Kraystçerçdəki iki məsciddə açılan atəş nəticəsində 50 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top