Azərbaycanda bu sahədə işləyənlərə 4 550 manat maaş verilir - RƏSMİ


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda qeyri-dövlət sektorunda orta aylıq əmək haqqı 728,8 manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-dövlət sektorunda ən yüksək əmək haqqı mədənçıxarma sənayesində işləyənlər alıb. Mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 4 452,4 manat təşkil edib.
Qeyri-dövlət sektorunda ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlət sahəsində verilib. Bu sahələrdə orta aylıq əmək haqqı 370,9 manat olub.
Bunlardan başqa informasiya və rabitə sahəsində orta aylıq əmək haqqı 1 329,8 manat, maliyyə və sığorta sahəsində 1 491,4 manat, peşə, elm və texniki sahələrdə isə 2 126,3 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top